ABŞ-ın İstanbuldakı Baş konsulluğu qismən bağlanıb | 1news.az | Xəbərlər
Dünya

ABŞ-ın İstanbuldakı Baş konsulluğu qismən bağlanıb

19:19 - 09 / 12 / 2015
ABŞ-ın İstanbuldakı Baş konsulluğu qismən bağlanıb

Dekabrın 8-dən ABŞ-ın İstanbuldakı Baş konsulluğu təhlükəsizliklə əlaqədar ziyarətçilərə xidmətləri məhdudlaşdırılmış şəkildə göstərir.

Buna səbəb – xarakteri dəqiqləşidirilməyən təhlükəsizliyə təhdiddir.

Daha əvvəl, ABŞ Dövlət departamentinin Beynəlxalq təhlükəsizlik üzrə Məşvərət şurasının saytında Baş konsulluqda xidmət göstərən əməkdaşların sayının azaldılacağı haqda məlumat yerləşdirilimişdi.

Bundan əlavə, Dövlət departamenti ABŞ vətəndaşlarına daha ayıq olmağı tövsiyyə edib.

ABŞ-ın Türkiyədə yerləşən digər diplomatik nümayəndəlikləri adi rejimdə fəaliyyət göstərir.

Xatırladaq ki, cari ilin avqust ayında ABŞ-ın İstanbuldakı Baş konsulluğu hücuma məruz qalmışdı.

Bu hücuma görə məsuliyyəti öz üzərinə radikal solçu olan İnqilab ordusu qruöu götürmüşdü

Hadisə itkisiz btimişdi.

Euronews

Paylaş:
856

Son xəbərlər

Bütün xəbərlər