Erməni mayor azərbaycanlılarla işbirliyində günahlandırılır
Ermənistanın Milli təhlükəsizlik xidməti Ermənistan vətəndaşı, Armavir vilayətinin 38 yaşlı ehtiyatda olan mayoru Qarik Marutyanı saxlayıb.
1news.az “Новости-Армения”-ya istinadən xəbər verir ki, O, Azərbaycanın xüsusi xidmətləri ilə uzunmüddətli əməkdaşlıqda ittiham edilir.
Bildirilir ki, 38 yaşlı ehtiyatda olan mayor Qarik Marutyan müxtəlif hərbi hissələrdə kəşfiyyat rəisi vəzifəsində olarkən sosial şəbəkə vasitəsilə Türkiyədə fəaliyyət göstərən Azərbaycanın xüsusi xidmətləri ilə əlaqə qurub və ona məlum olan, o cümlədən də dövlət sirri hesab edilən məlumatları mükafat müqabilində təqdim edib.
Q.Marutyana qarşı dövlətə xəyanət ittihamı irəli sürülüb.
1news.az
999