BQXK-nın prezidenti: Dilqəm və Şahbazın saxlanma şəraitinin yaxşılaşdırılması üçün səylər göstərilir | 1news.az | Xəbərlər
Siyasət

BQXK-nın prezidenti: Dilqəm və Şahbazın saxlanma şəraitinin yaxşılaşdırılması üçün səylər göstərilir

16:40 - 16 / 12 / 2015
BQXK-nın prezidenti: Dilqəm və Şahbazın saxlanma şəraitinin yaxşılaşdırılması üçün səylər göstərilir

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun rəhbərliyi ilə nümayəndə heyəti İsveçrənin Cenevrə şəhərində bir sıra görüşlər keçirib.

1news.az-ın məlumatına görə, görüşlərdə Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev də iştirak edib.

Ə.Həsənovun Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) prezidenti Peter Maurer ilə görüşündə ölkəmiz ilə bu təşkilat arasında əməkdaşlığın hazırkı vəziyyətindən məmnunluq ifadə edilib və əlaqələrin inkişaf perspektivləri barədə müzakirələr aparılıb.

Azərbaycanın qaçqın və məcburi köçkünlərlə bağlı təcrübəsi, xüsusilə dünyanın müxtəlif ölkələrindəki humanitar layihələrdə iştirakı təqdir olunub. Ölkəmizin bu sahədə zəngin təcrübəsi nəzərə alınaraq BQXK və Azərbaycan arasında əməkdaşlığın yeni istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb.

Dünyanın müxtəlif böhran bölgələrində BQXK ilə birgə layihələrin həyata keçirilməsi üçün hökumətə müraciət olunması təklif edilib. Görüşdə, həmçinin BQXK və onun tərəfdaşlarının əvvəllər olduğu kimi, əlavə dəyər vergisindən azad edilməsi və hökumət tərəfindən bu təşkilatın fəaliyyətinə maliyyə dəstəyinin artırılması məsələləri qaldırılıb.

Baş nazirin müavini görüşdə Azərbaycandakı mövcud sosial-iqtisadi inkişafdan bəhs edib, qeyri-neft sektorunun inkişafına xüsusi diqqət yetirildiyini söyləyib, xüsusilə Azərbaycan Prezidenti tərəfindən 2020-ci ilədək müəyyənləşdirilmiş strateji istiqamətlər barədə məlumat verib.

Əli Həsənov bu gün Azərbaycanda tolerant mühitin hökm sürdüyünü, müxtəlif dinlərə etiqad edən şəxslərin sərbəst şəkildə öz dini məbədlərində ibadət edə bildiyini, paytaxt Bakıda hətta erməni kilsəsinin olduğunu, monoetnik Ermənistanda isə məscidlərin dağıdıldığını qeyd edib. O, 9,6 milyondan artıq əhalisi olan Azərbaycanda 1,2 milyon qaçqın və məcburi köçkünün yaşadığını diqqətə çatdıraraq, Azərbaycan dövləti və hökumətinin bu sahədə gördüyü işlərdən danışıb.

Görüşdə müharibə şəraitində olan Azərbaycanda Beynəlxalq Qırmızı Xaç Komitəsinin rolunun mühüm önəm kəsb etdiyi və bu xüsusda təşkilatın Bakı ofisinin fəaliyyətinin təqdirəlayiq olduğu qeyd edilib. Həmçinin, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı itkin düşmüş və girov götürülmüş şəxslərlə bağlı məsələyə toxunulub.

Ə.Həsənov hərbi münaqişədən əziyyət çəkən və torpaqları işğal altında olan Azərbaycanda qaçqın və məcburi köçkünlərlə bağlı vəziyyət barədə məlumat verib, o cümlədən bu beynəlxalq təşkilatın əsir və girovların saxlanma şəraitinin yaxşılaşdırılması, onların ailələri ilə ünsiyyət qurmasının təmin edilməsi istiqamətində böyük töhfə verə biləcəyini qeyd edib.

Baş nazirin müavini Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə BQXK-nın prezidentindən erməni əsirliyində olan girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin müasir kommunikasiya imkanlarından istifadə edilməklə öz ailə üzvləri ilə birbaşa təmas qura bilməsi üçün kömək göstərilməsini xahiş edib.

Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti P. Maurer təmsil etdiyi təşkilatın erməni əsirliyində olan Dilqəm Əsgərov və Şahbaz Quliyevin vəziyyəti ilə mütəmadi şəkildə maraqlandığını və onların saxlanma şəraitinin yaxşılaşdırılması üçün səylər göstərildiyini deyib. O, Azərbaycanın qaçqın və köçkünlərin vəziyyətinin yaxşılaşdırılması istiqamətində fəaliyyətini yüksək qiymətləndirib və ölkəmizin BQXK-nın fəaliyyətinə verdiyi güclü dəstəyə görə minnətdarlıq edib.

Görüşün sonunda Baş nazirin müavini Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidentini Azərbaycana səfərə dəvət edib.

1news.az

Paylaş:
670

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər