Azərbaycan Respublikası müdafiə nazirinin Türkiyəyə rəsmi səfəri başlayıb | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan Respublikası müdafiə nazirinin Türkiyəyə rəsmi səfəri başlayıb

19:14 - 16 / 12 / 2015
Azərbaycan Respublikası müdafiə nazirinin Türkiyəyə rəsmi səfəri başlayıb

Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin dekabrın 17-də keçiriləcək üçtərəfli görüşündə iştirak etmək üçün İstanbula yola düşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, üçtərəfli formatda keçiriləcək növbəti görüşdə müdafiə sahəsində həyata keçirilən birgə əməkdaşlığın gedişi nəzərdən keçiriləcək. Həmçinin regional təhlükəsizlik məsələləri, bölgədə sülhün, sabitliyin və iqtisadi inkişafın təmin edilməsi istiqamətində fəaliyyətlər, o cümlədən qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunacaq.

Paylaş:
684

Son xəbərlər

Tovuzda minik maşını aşıb

17 / 04 / 2025, 14:24
Bütün xəbərlər