Yavər Camalov: “Azərbaycanda hərbi əməliyyatlar başlayarsa ordunu bütün döyüş sursatları ilə tam təchiz edə bilirik”
“Müdafiə Sənayesi Nazirliyi Azərbaycan Ordusunu atıcı silahlar və onların ehtiyat hissələri ilə tam təmin edir”.
1news.az-ın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında müdafiə sənayesi naziri Yavər Camalov deyib.
“Ordunu bütün döyüş sursatları ilə tam təchiz edə bilirik. İri layihələr, məsələn, tank, vertolyot istehsalı isə iqtisadi cəhətdən səmərəli deyil. Tutaq ki, 300-350 tank lazımdırsa və bu, 100-150 milyon dollar vəsait tələb edirsə, biz bunun istehsalına niyə 5 milyard pul xərcləməliyik?! Amma perspektivdə bu məsələlərə də baxılacaq”, - nazir əlavə edib.
Qeyd edək ki, bu gün Müdafiə Sənayesi Nazirliyinin yaranmasının on illiyidir.
1news.az
588