Azərbaycan əsgəri dünyasını dəyişdi | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan əsgəri dünyasını dəyişdi

10:38 - 18 / 12 / 2015
Azərbaycan əsgəri dünyasını dəyişdi

Azərbaycan əsgəri silahdan açılan atəş nəticəsində dünyasını dəyişib.

1news.az-ın məlumatına görə, hadisə Dövlət Sərhəd Xidmətinin Göytəpə sərhəd dəstəsinin Cəlilabad rayonu ərazisindəki sərhəd zastavasında qeydə alınıb.

Belə ki, sərhəd xidmətində olarkən 2014-cü ilin oktyabr ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmış əsgər Yusifov Elnur Şövkət oğlu 16 dekabr  2015-ci il tarixdə saat 15:45 radələrində silahla davranış qaydalarının kobud şəkildə pozulması nəticəsində ona təhkim olunmuş avtomat silahdan açılan təsadüfi atəş nəticəsində vəfat edib.

Fakt üzrə Dövlət Sərhəd Xidməti və Respublika Hərbi Prokuror­luğu tərəfindən birgə araşdırma aparılır.

1news.az

Paylaş:
659

Son xəbərlər

Tovuzda minik maşını aşıb

17 / 04 / 2025, 14:24
Bütün xəbərlər