Tiflisdə Türkiyə, Azərbaycan və Gürcüstan XİN rəhbərlərinin beşinci görüşü keçiriləcək | 1news.az | Xəbərlər
Siyasət

Tiflisdə Türkiyə, Azərbaycan və Gürcüstan XİN rəhbərlərinin beşinci görüşü keçiriləcək

12:50 - 21 / 12 / 2015
Tiflisdə Türkiyə, Azərbaycan və Gürcüstan XİN rəhbərlərinin beşinci görüşü keçiriləcək

Dekabrın 23-də Tiflisdə Türkiyə, Azərbaycan və Gürcüstan xarici işlər nazirlərinin (XİN) sayca beşinci görüşü keçiriləcək.

1news.az  Haberler.com nəşrinə istinadla xəbər verir ki, Türkiyənin xarici siyasət şöbəsinin rəhbəri Mövlud Çavuşoğlu dekabrın 22-də Gürcüstana rəsmi səfərə gedəcək. Səhəri gün isə azərbaycanlı və gürcü həmkarları – Elmar Məmmədyarov və Georgi Kvirikaşvili ilə danışıqlar aparacaq.

Türkiyənin XİN rəhbəri qeyd edib ki, hər üç ölkənin nazirləri regional qarşılıqlı əlaqə və əməkdaşlıqla bağlı inkişaf perspektivlər barədə məsələləri müzakirə edəcəklər.

“Üçtərəfli görüş formatı regionda stabillik və təhlükəsizlik sahəsinə öz töhfəsini verəcək”, - türkiyəli nazir qeyd edib. 

1news.az

Paylaş:
698

Son xəbərlər

Tovuzda minik maşını aşıb

17 / 04 / 2025, 14:24
Bütün xəbərlər