Rasim Musabəyov: “ Sarqsyanın isterik çıxışı KTMT-da kar, çoxmənalı susqunluqla qarşılandı”
Moskvada keçirilən Kollektiv Təhlükəsizlik Şurasının sessiyasında çıxış edən Ermənistan prezidenti Sarqsyan üzv ölkələrin ünvanına tənə edərək, nizamnaməyə əsasən onların vəzifələri sırasında bir-birinə kollektiv dəstəyi təmin etmək olduğu halda, Ermənistanın güya Azərbaycan tərəfindən hərbi təzyiqə məruz qalmasının gözardı edildiyini bildirib.
Sarqsyan NATO-nu nümunə göstərib bildirir ki, bütün üzv ölkələr , o cümlədən Türkiyə ilə düşmən münasibətləri olan Yunanıstan , Rusiya qırıcısı SU-24-ün vurulması ilə bağlı məsələdə Ankaranı dəstəklədi.
Lakin KTMT-yə üzv olan ölkələrdən bir qismi Azərbaycanı silahla təchiz edir, digər qismi isə beynəlxalq təşkilatlarda Bakıya siyasi dəstək nümayiş etdirir. Heç kim Ermənistana adi telefon zəngi ilə mənəvi dəstək vermək haqqında belə düşünmür.
Sarqsyanın odlu-alovlu çıxışı kar, çoxmənalı səssizliklə qarşılandı. Əslində, Ermənistan prezidenti bu səssizliyə görə minnətdar olmalır. Belə ki, həmkarları Prezident İlham Əliyevin dəfələrlə səsləndirdiyi sualı ona verə bilərdi: “ Bəs erməni silahlı qüvvələrinin Azərbaycan ərazisində nə işi var?”
Düşünmürəm ki, Sarqsyanın söz yığını erməni auditoriyasına hesablanıb. Burada hər kəs onun şəxsi dəyəri və sözlərinin dəyərini yaxşı bilir. Lakin istisna etmək olmaz ki, bu çıxışı Sarqsyanın Rusiyaya birtərəfli yönümlünün güclü Amerika və Avropa diasporası ilə əvəzlənməsinə hazırlıqdır. Lakin , bu ehtimal zəifdir. Sarqsyan və onunla əlbir olanların ipi qısadır. Onlar yaxşı bilir ki ikitərəfli davranışlar onlar üçün nə ilə nəticələnə bilər. Buna görə də çox güman ki, Serj Sarqsyan bununla özünün əsas sponsoru və rəhbəri Moskvanı acındırmağa çalışıb. KTMT-nin digər üzvlərindən hər-hansı kömək gözləmək mümkün deyil.
Rasim Musabəyov