Əli Həsənov: Konqresin bu layihəyə dəstək verməyəcəyini güman edirik | 1news.az | Xəbərlər
Siyasət

Əli Həsənov: Konqresin bu layihəyə dəstək verməyəcəyini güman edirik

17:06 - 25 / 12 / 2015
Əli Həsənov: Konqresin bu layihəyə dəstək verməyəcəyini güman edirik

“ABŞ Konqresinə təqdim olunan layihəni bir konqresmenin təşəbbüsü kimi qiymətləndiririk. Kristofer Smittin anti-Azərbaycan təşəbbüslərinin isə sayı-hesabı yoxdur”.

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bunu Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib.

Ə. Həsənov deyib ki, ABŞ-ın Azərbaycanla bağlı maraqlarını, münasibətlərinin əhəmiyyətini nəzərə alan Konqresin bu layihəyə dəstək verməyəcəyini güman edirik: “Bu təşəbbüs də yalnız Kristofer Smittin təşəbbüsü olaraq qalacaq”.

Azərbaycan Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayevin müəllifi olduğu “ABŞ-da insan hüquqlarının vəziyyəti haqqında” qanun layihəsinə gəlincə,  Ə. Həsənov bildirib ki, hökumətin Rövşən Rzayevin layihəsinə münasibəti də ABŞ-dakı bir konqresmenin təşəbbüsünə münasibətlə eynidir:

“Hər bir deputat təşəbbüs irəli sürə bilər. Amma parlamentlərin bunu qəbul etməsi mühüm müzakirələrdən sonra olmalıdır. Deputatlar bu təşəbbüslərin iki dövlətin münasibətlərinə verə biləcəyi xeyri, həmçinin vuracağı ziyanı dəyərləndirəndən sonra münasibət bildirməlidirlər”.

ABŞ və Azərbaycan arasındakı münasibətlərin mövcud durumuna toxunan Ə. Həsənov qeyd edib ki, ikitərəfli əlaqələr əvvəlki qədər intensiv xarakter daşımasa da, müxtəlif məsələlərə dair qarşılıqlı təmaslar mövcuddur.

1news.az

Paylaş:
899

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər