Rasim Musabəyov Rusiyadakı erməni lobbiçilərin məğlubiyyətindən danışdı | 1news.az | Xəbərlər
Siyasət

Rasim Musabəyov Rusiyadakı erməni lobbiçilərin məğlubiyyətindən danışdı

14:40 - 25 / 04 / 2016
Rasim Musabəyov Rusiyadakı erməni lobbiçilərin məğlubiyyətindən danışdı

Ermənilərin Rusiyadakı  yüksək  mərtəbələrindəki etnik soydaşları belə hədsiz iddialarını həyata keçirməkdə  onlara dəstək ola bilmədi.

Suriya məsələsi  və Rusiyanın təyyarəsinin vurulmasına fərqli baxış nəticəsində Moskva və Ankara arasında əlaqələrin pisləşməsi elə gücləri hərəkətə keçirdi ki, onlar 1915-ci il ermənilərin uydurma soyqırımı məsələsini qaldırmaqla Türkiyədən ərazi və maliyyə  iddiaları qaldırmaqda maraqlıdır.Bəzi ayıq düşüncəli erməni siyasətçiləri mənasız iddiaların irəli sürüləcəyi təqdirdə  Rusiya və Türkiyə arasında hərbi münaqışədə məhv olacaqları ilə bağlı onları xəbərdar etmişdi. Hadisələrin sonrakı inkişafı göstərdi ki,Rusiya ermənilərin iddilarını yetinə yetirməkdə maraqlı deyil.

Rusiya hökuməti “Ədalətli Rusiya” fraksiyasının “erməni soyqırımını” inkar edənlərin həbsi ilə bağlı  irəli sürdüyü qanun layihəsini qəbul etmədi .

Həmçinin, etnik erməni olan  Sergey Lavrov Duma deputatlarının 1921-ci ildə Rusiya-Türkiyə müqaviləsinin ləğv olunması haqqında sorğusuna cavab olaraq bildirib ki, bu beynəlxalq təcrübəyə ziddir. Cünki beynəlxalq aləm tərəfindən qəbul olunmuş sərhədləri dəyişmək mümkün deyil. Bununla ermənilərin gözləntilərinin dərəcəsi aşağı düşdü.

Bu yaxınlarda Rusiya XİN sədri Ermənistana gələrək ermənilərə qandırmağa çalışdı ki, Azərbaycanın işğal olunan torpaqlarını azad etmək qaçınılmazdır. Bunu aşkar və xüsusəndə “erməni soyqırımı” ərəfəsində yüksək səslə demək uyğun deyildi. Lakin erməni KİV-nə ötürülən qısa informasiya belə yalançı miflərə qapılan erməni kütləsini olduqca həyəcanlardırdı. Lakin nə Ermənistan meydanlarındakı səs-küylü nümayişlərə, RF səfirliyi qarşısında təhqiredici şearların səsləndirilməsinə baxmayaraq reallığı dəyişmək mümkün deyil.

Yoxsul, həmişə nə isə dilənən Ermənistanın əsassız, tarixi həqiqətə uyğun gəlməyən, beynəlxalq hüquqa zidd olan iddiaları hətta ermənilərə daim himayədarlıq edən dövlətləri də bezdirib. Dünya və regional siyasət hay-həşir salmaqla və yalvarışlarla deyil, güc və dövlətlərin real maraqları ilə həmçinin , beynəlxalq hequqla müəyyən olunur. Bu ermənilərlə xoş gəlsə də, gəlməsə də belədir. Əgər erməniləri ağıllandırmaq üçün diplomatik cəhdlər yetərli olmasa, Azərbaycan ordusu yenə də fəaliyyətə keçməli olacaq.

Rasim Musabəyov

Məqalə müəllifin fikrini əks etdirir.

 

Paylaş:
735

Son xəbərlər

Bütün xəbərlər