Gecə saatlarında bəzi seçki məntəqələrinin komissiya sədrləri və katibləri saxlanılıb.
1news.az xəbər verir ki, bu barədə Ermənistan Mərkəzi Seçki Komissiyasının sədri Vaaqn Ovakimyan parlament seçkilərində səsvermənin gedişi ilə bağlı saat 08:00-a olan vəziyyəti şərh edərkən bildirib.
Onun sözlərinə görə, ölkə üzrə bütün 2005 seçki məntəqəsi səhər saat 07:00-da açılıb və 08:00-dan etibarən seçicilərin qəbulu başlanıb.
MSK sədri qeyd edib ki, 2005 məntəqədən 48-də işçi çatışmazlığı qeydə alınıb (ümumilikdə 50 nəfər). Onlardan 2-si komissiya sədri, 1-i isə katib olub.
“Bildiyimə görə, iki sədrin və bir katibin işdə olmaması cinayət-prosessual tədbirlərlə bağlıdır, yəni bizə məlumat verilib ki, həmin şəxslər gecə saatlarında saxlanılıblar. Digər bir halda isə səbəb valideynin vəfatı olub”, – deyə Ovakimyan bildirib.