Həsən Ruhani: “Tehran-Bakı əlaqələrinə ciddi təkan verilməlidir” | 1news.az | Xəbərlər
Siyasət

Həsən Ruhani: “Tehran-Bakı əlaqələrinə ciddi təkan verilməlidir”

17:00 - 17 / 05 / 2016
Həsən Ruhani: “Tehran-Bakı əlaqələrinə ciddi təkan verilməlidir”

“Tehran və Bakı ikitərəfli əlaqələrinə yeni ciddi təkan verməlidirlər”.

1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə, İran Prezidentinin saytına istinadən verdiyi məlumata görə, bunu İslam Respublikasının dövlət başçısı H.Ruhani Azərbaycanın Tehrandakı yeni səfiri Bünyad Hüseynovla görüşündə deyib.

Onun sözlərinə görə, sanksiyaların ləğvindən sonra iki ölkə arasında əməkdaşlığı gücləndirmək üçün İranın imkanlarından istifadə etmək lazımdır:

"Tehran-Bakı əlaqələrinin yaxşılaşmasına təsir edə biləcək çoxlu ikitərəfli saziş və layihələr var".

Etimadnaməsini H.Ruhaniyə təqdim edən səfir İranın dost münasibətlərinə əminliyini bildirib:

"İkitərəfli, regional və beynəlxalq əməkdaşlığın fəallaşdırılmasından iki qonşu ölkənin xalqları və hökumətləri qazanacaq".

1news.az

Paylaş:
565

Son xəbərlər

Bütün xəbərlər