Milli Məclisin komitələrinin tərkibində dəyişikliklər edilib
Milli Məclis komitələrinin tərkibində dəyişikliklər edilməsi haqqında qərar qəbul edib.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, Milli Məclis Daxili Nizamnamənin 36-cı maddəsinin üçüncü hissəsini rəhbər tutaraq qərara alır:
“Sona Sakit qızı Əliyeva Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvlüyündən azad edilsin və İnsan hüquqları komitəsinin üzvü seçilsin”.
1news.az
469