Hikmət Hacıyev: “Alman deputatın adı arzuolunmaz şəxslər siyahısına daxil ediləcək” | 1news.az | Xəbərlər
Siyasət

Hikmət Hacıyev: “Alman deputatın adı arzuolunmaz şəxslər siyahısına daxil ediləcək”

16:40 - 19 / 05 / 2016
Hikmət Hacıyev: “Alman deputatın adı arzuolunmaz şəxslər siyahısına daxil ediləcək”

"Almaniyanın Solçular partiyasından Ulla Yelpkenin Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərini və oradan səsləndirdiyi bəyanatlarını qərəzli hesab edir və qınayırıq”.

1news.az-ın verdiyi xəbərə görə, bu sözləri Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

H.Hacıyev bildirib ki, özfəaliyyət xarakteri daşıyan birtərəfli səfər Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində hərbi təcavüz, işğal və qanlı etnik təmizləmə nəticəsində yaradılmış qondarma rejimin təşviqinə xidmət edir:

“Regionda davamlı sülhün təmin olunmasına töhfə vermək əvəzinə Ulla Yelpkenin bu kimi təhrikçi fəaliyyəti mövcud həssas durumda münaqişənin həlli üzrə göstərilən səylərə xələl gətirmək və vəziyyəti daha da gərginləşdirmək məqsədi daşıyır. Məsələ ilə əlaqədar Azərbaycanın Almaniyadakı Səfirliyi Bundestaqa və Almaniya Solçular Partiyasının rəhbərliyinə müraciət edib. Müvafiq dəqiqləşdirmə aparıldıqdan sonra onun adı arzuolunmaz şəxslər siyahısına daxil ediləcək”.

1news.az

Paylaş:
551

Son xəbərlər

Bütün xəbərlər