Cavid Qurbanov: “Erməni diasporu Bakı-Tbilisi-Qars layihəsinin reallaşdırılmasına maneə olmağa çalışır”
Erməni diasporu Bakı-Tbilisi-Qars (BTQ) layihəsinin reallaşdırılmasına mane olmağa çalışıb və bu cəhdlər davam edir.
1news.az-ın məlumatına görə, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov "The Business Year" nəşrinə müsahibəsində deyib.
BTQ-nin tikinti layihəsinin reallaşdırılmasının gedişinə gəlincə, o qeyd edib ki, Gürcüstanda 183 km uzunluğunda dəmir yolu xəttində işlər başa çatıb: "Cüzi işləri başa çatdırmaq qalıb. İlkin mərhələdə dəmir yolu üzrə ildə beş milyon ton yük daşımaq mümkün olacaq, lakin gələcəkdə bu göstərici 17 milyon tona çatacaq".
1news.az
655