MDB dövlətlərinin xüsusi xidmət orqanları rəhbərləri Şurasının 41-ci iclası Azərbaycanda keçiriləcək | 1news.az | Xəbərlər
Siyasət

MDB dövlətlərinin xüsusi xidmət orqanları rəhbərləri Şurasının 41-ci iclası Azərbaycanda keçiriləcək

00:26 - 20 / 05 / 2016
MDB dövlətlərinin xüsusi xidmət orqanları rəhbərləri Şurasının 41-ci iclası Azərbaycanda keçiriləcək

Mayın 19-da MDB üzv-dövlətləri təhlükəsizlik və xüsusi xidmət orqanlarının rəhbərləri Şurasının (TXXORŞ)  Minskdə keçirilən görüşündə beynəlxalq terror təşkilatlarından irəli gələn təhlükələrin neytrallaşdırılmasına dair əlavə tədbirlər planı işlənib hazırlanıb.

1news.az  “RİA Novosti”yə istinadən xəbər verir ki,  tədbirdə təmsilçiliyin yüksək səviyyəsi və Şura üzvlərinin onun işində fəal iştirakı qeyd olunub.

Almaniya, İspaniya, İtaliya və Fransanın xüsusi xidmət orqanlarının nümayəndə heyətləri tədbirdə müşahidəçi qismində iştirak edib.

“Birlik ölkələrinin təhlükəsizliyinin təmin edilməsinin ən kəskin problemləri üzrə konkret peşəkar dialoq baş tutub. Bu, Şuramız çərçivəsində əməkdaşlığın dəstəklənməsi və gələcək inkişafına ortaq marağı təsdiqləyir”, - deyə məlumatda bildirilir.

Bildirilir ki, TXXORŞ-un 41-ci iclası 2016-cı ilin III-IV rübündə Azərbaycanda keçiriləcək.

1news.az

Paylaş:
775

Son xəbərlər

Bütün xəbərlər