ANAMA Tərtər, Füzuli, Ağdam və Ağcabədi rayonlarında 25 partlayış yerinə baxış keçirib- FOTO | 1news.az | Xəbərlər
Siyasət

ANAMA Tərtər, Füzuli, Ağdam və Ağcabədi rayonlarında 25 partlayış yerinə baxış keçirib- FOTO

01:40 - 20 / 05 / 2016
ANAMA Tərtər, Füzuli, Ağdam və Ağcabədi rayonlarında 25 partlayış yerinə baxış keçirib- FOTO

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) mayın 19-da Tərtər, Füzuli, Ağdam və Ağcabədi rayonlarında aşkar olunan partlamamış hərbi sursatlar (PHS) haqqında hesabat yayıb.

ANAMA-nın mətbuat xidmətindən 1news.az -a bildiriblər ki, Tərtər rayonunun Əskipara kəndində 2 ev və həyətyanı sahədə 5 partlayış yerinə baxış keçirilib. 122 millimetrlik iki, 152 millimetrlik bir partlamamış top mərmisi aşkar olunaraq zərərsizləşdirilib, 14 min kvadratmetr ərazi yoxlanılıb. Cəmilli kəndində bir ev və həyətyanı sahədə 8 partlayış yerinə baxış keçirilib. Bir ədəd 122 millimetrlik top mərmisinin partladıcısı və bir ədəd Qrad raketinin mühərrik hissəsi aşkar olunaraq götürülüb. Səkkiz min kvadratmetr ərazi yoxlanılıb. Qazyan kəndində bir əkin sahəsində 2 partlayış yerinə baxış keçirilib, partlamamış sursat aşkar edilməyib. Təhlükəsizlik tədbirlərini nəzərə alaraq 420 kvadratmetr ərazi yoxlanılıb.

Ağdam rayonunun Çəmənli kəndində bir ev və həyətyanı sahədə, 1 əkin sahəsində 3 partlayış yerinə baxış keçirilib. Nəticədə 2 min kvadratmetr ərazi yoxlanılıb. Zəngişalı kəndində 1 əkin sahəsində 2 partlayış yerinə baxış keçirilib. Nəticədə 10 min kvadratmetr ərazi yoxlanılıb.

Ağcabədi rayonunun Hacılar kəndində 1 əkin sahəsində 3 partlayış yerinə baxış keçirilib. Nəticədə min kvadratmetr ərazi yoxlanılıb.

Füzuli rayonunun Şükürbəyli kəndində 2 otlaq sahəsində 2 partlayış yerinə baxış keçirilib. Nəticədə 605 kvadratmetr ərazi yoxlanılıb.

Mayın 19-da dörd ev və həyətyanı sahədə, 6 əkin sahəsi, 25 partlayış yerinə baxış keçirilib. Altı partlamamış hərbi sursat (2 ədəd 122 millimetrlik partlamamış top mərmisi, 2 ədəd 152 millimetrlik partlamamış top mərmisi, 1 ədəd 122 millimetrlik top mərmisinin partladıcısı və 1 Qrad raketinin mühərrik hissəsi) aşkar olunaraq zərərsizləşdirilib. Gün ərzində 36 min 25 kvadratmetr ərazi təmizlənib.

Ümumilikdə agentlik tərəfindən aprelin 7-dən mayın 19-dək Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Samux, Şəmkir, Cəlilabad, Ucar rayonlarında, Mingəçevir və Bakı şəhərlərində 500 ev və həyətyanı sahəyə, 2 hərbi hissəyə, 2 kənd qəbiristanlığına, 3 kənd orta məktəbinə, 1 tibb məntəqəsinə, 14 fermaya, əkin sahələrinə və 1 çaxır zavodu ərazisinə baxış keçirilib. 1428 partlamamış hərbi sursat, 11 piyada əleyhinə mina, 2 piyada əleyhinə POMZ-2 və 6 tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

Hazırda agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.

1news.az

Paylaş:
735

Son xəbərlər

Bütün xəbərlər