Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 29 dəfə pozub | 1news.az | Xəbərlər
Siyasət

Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 29 dəfə pozub

12:19 - 21 / 05 / 2016
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 29 dəfə pozub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 29 dəfə pozub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən 1news.az-a bildiriblər ki, Ermənistanın Berd rayonunun Ayqedzor kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

Ağdam rayonunun Nəmirli, Xocavənd rayonunun Kuropatkino kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Paylaş:
567

Son xəbərlər

Bütün xəbərlər