Çin Xalq Respublikası Sədrinin xüsusi nümayəndəsi Dövlət Bayrağı Meydanı ilə tanış olub - FOTO
Mayın 22-də Çin Xalq Respublikası Sədrinin xüsusi nümayəndəsi, Kommunist Partiyası Siyasi Şurasının üzvü, Mərkəzi Komitəsinin siyasi və hüquqi məsələlər komissiyasının katibi - Təhlükəsizlik Şurasının katibi Menq Jianzun rəhbərlik etdiyi nümayəndə heyəti Dövlət Bayrağı Meydanı ilə tanış olub.
Qonaqlara Bayraq Meydanı və onun ərazisində həyata keçirilən abadlıq-quruculuq işləri barədə məlumat verilib.
Dövlət Bayrağı Muzeyi ilə də tanış olan nümayəndə heyəti burada nümayiş etdirilən eksponatlara baxıb.
Menq Jianzu muzeyin fəxri qonaqlar kitabına ürək sözlərini yazıb.
Sonra qarşılıqlı olaraq xatirə hədiyyələri təqdim edilib.
679