Azərbaycan ilə BMT arasında əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan ilə BMT arasında əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb

11:47 - 22 / 05 / 2016
Azərbaycan ilə BMT arasında əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb

XVI Doha Qlobal Forumunda iştirak edən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 62-ci sessiyasının prezidenti, Makedoniya Respublikasının keçmiş xarici işlər naziri Srqan Kərim ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən 1news.az-a bildiriblər ki, görüşdə Azərbaycanın BMT ilə əməkdaşlığının hazırkı vəziyyəti və inkişaf perspektivləri, eləcə də Azərbaycan-Makedoniya ikitərəfli münasibətləri müzakirə edilib.

Söhbət zamanı, həmçinin qarşılıqlı maraq kəsb edən beynəlxalq və regional məsələlərə dair fikir mübadiləsi aparılıb.

Paylaş:
588

Son xəbərlər

Bütün xəbərlər