Zərdabın Şəftəhal kəndinə ilk dəfə təbii qaz verilib
İyunun 2-də Zərdab rayonunun Şəftəhal kəndinə ilk dəfə təbii qaz verilib.
1news.az-ın Dövlət Neft Şirkətinə (SOCAR) istinadən verdiyi xəbərə görə, bu münasibətlə keçirilmiş tədbirdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Bildirilmişdir ki, 169 abonenti olan kəndin qazlaşdırılması məqsədi ilə birpilləli sistem əsasında 22540 metr uzunluğunda müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonent üçün ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılıb.
1news.az
581