Daha bir velosipedçimiz Rio-2016-ya lisenziya qazandı – VİDEO | 1news.az | Xəbərlər
İdman

Daha bir velosipedçimiz Rio-2016-ya lisenziya qazandı – VİDEO

11:15 - 02 / 06 / 2016
Daha bir velosipedçimiz Rio-2016-ya lisenziya qazandı – VİDEO

Azərbaycanın şosse velosipedi üzrə yığma komandasının üzvü Yelena Pavluxina bu ilin avqustunda Rio de Janeyroda keçiriləcək 31-ci Yay Olimpiya Oyunlarında iştirak hüququ əldə edib.

1news.az-ın məlumatına görə, bununla bağlı Beynəlxalq Velosipedçilər İttifaqı (UCİ) tərəfindən Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinə və Azərbaycan Velosiped İdmanı Federasiyasına təsdiq məktubu göndərilib. Yelena Pavluxina 4 illiyin zirvə yarışında ölkəmizi qadınlar arasında qrup yarışlarında təmsil edəcək.

Qeyd edək ki, Beynəlxalq Velosipedçilər İttifaqının reqlamentinə əsasən, qadın velosipedçilər Yay Olimpiya Oyunları keçirilən il may ayıın 31-dək klub və yığma səviyyəsində yarışlarda iştirak etməklə olimpiadaya lisenziya xalları toplayırlar. 2015 və 2016-cı illərdə Avropa və Asiyada bir sıra yarışlarda uğurla çıxış edən Yelena Pavluxina ümumilikdə 149 lisenziya xalı toplayıb ki, bu da Rio de Janeyroda qrup yarışlarında mübarizə aparacaq 67 velosipedçi sırasına düşmək üçün yetərli olub.

Fəaliyyətinin əsas istiqamətini idmançılarımızın beynəlxalq yarışlarda, o cümlədən Yay Olimpiya Oyunlarında iştirakına yönəldən Azərbaycan Velosiped İdmanı Federasiyasının Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi ilə ölkəmizdə velosiped idmanının inkişafı ilə bağlı sıx əməkdaşlığı, işlərin düzgün qurulması və ən başlıcası isə velosipedçilərimizin gərgin əməyinin nəticəsində onların Olimpiadaya qazandıqları lisenziyaların sayı 4-ə çatıb. Maksim Averin və Yelena Pavluxina Braziliyada şosse velosipedinin qrup yarışlarında, Olqa İsmayılova isə trek velosipedinin sprint və keyrin növlərində ölkəmizin idman şərəfini qorumaq hüququ əldə ediblər.

1news.az

Paylaş:
759

Sizin üçün xəbərlər

Son xəbərlər

Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılırBu gün, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaqBu gün, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənirBu gün, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdiBu gün, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldıBu gün, 15:11Goranboyda qadın bıçaqlanıbBu gün, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTOBu gün, 14:19Qubada iki avtomobil toqquşubBu gün, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olubBu gün, 14:02ƏMDX növbəti torpaq hərraclarını elan edibBu gün, 13:51COP 29 çərçivəsində “City for People in Baku” tədbiri keçirilib - FOTOBu gün, 13:45AYNA “Ukrayna dairəsi”ndə yeni layihə hazırlayıbBu gün, 13:10Azərbaycanda Avrasiya Dağ Kurortları Festivalı keçiriləcəkBu gün, 12:50Azərbaycanda 9 ayda aşkarlanıb blokkanan domenlərin sayı açıqlanıbBu gün, 12:35Şənbə günü hava necə olacaq? - PROQNOZBu gün, 12:33Bakıda gənc oğlan faciəli şəkildə ölübBu gün, 12:29İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edibBu gün, 12:09Hava gəmilərinə uçuşların təhlükəsizliyi ilə bağlı nəzarətin həyata keçirilməsi qaydası təsdiqlənibBu gün, 12:04Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydasında dəyişiklik edilibBu gün, 11:45Danimarka rəsmiləri Carlsberg Azerbaijan zavoduna səfər ediblər - FOTOBu gün, 11:37
Bütün xəbərlər