Suraxanıda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlanır | 1news.az | Xəbərlər
İqtisadiyyat

Suraxanıda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlanır

00:12 - 04 / 06 / 2016
Suraxanıda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlanır

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu 2016-cı il mayın 26-da Suraxanı rayonunun Hövsan qəsəbəsində işgüzar forum keçirib.

Nazirliyin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, sahibkarlardan aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib:

- ixtisaslaşdırılmış “yaşıl market”in yaradılması;

- istixana və zeytunçuluq təsərrüfatlarının yaradılması;

- ət kəsimi, üzlük daşlar, polietilen paketlər və corab istehsalı müəssisələrinin yaradılması.

Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Sahibkarlığa Kömək Milli Fonduna müraciət edə bilərlər.

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172

Telefon: (012) 434-74-29

Faks: (012) 432-37-17

e-mail: [email protected]

1news.az

 

Paylaş:
563

Son xəbərlər

Faktiki hava açıqlanıb

03 / 01 / 2025, 10:33
Bütün xəbərlər