AVRO-2016-ya həsr olunmuş məhdud sayda “Xırdalan” artıq satışdadır
Azərbaycanın pivə bazarının №1 brendi olan “Xırdalan” pivəsinin may ayında 2016-cı il futbol üzrə Avropa çempionatına həsr edilmiş məhdud sayda seriyası satışa çıxarılıb.
Brend pivə istehlakçıları arasında uğur qazana bilib və onun turnir zamanı futbol azarkeşlərinin favoritinə çevriləcəyi şübhə doğurmur.
Dünyada ən böyük pivə istehsalçılarından biri olan “Carslberg Group” - idmanın dəstəyinə və inkişafına böyük diqqət yetirir və artıq 30 ildir ki, dünya miqyaslı futbol hadisəsi olan AVRO-2016 çempionatının rəsmi sponsorudur. “Carlsberg Group”un bir hissəsi olan “Baltika-Bakı” şirkəti flaqman brendi “Xırdalan” ilə AVRO 2016-nın Azərbaycanda rəsmi sponsorudur.
Bu münasibətlə azarkeşləri və istehlakçıları sevindirmək, həmçinin AVRO-2016 oyunlarını yaddaqalan və maraqlı etmək üçün “Baltika-Bakı” məhdud sayda “Xırdalan” pivəsini istehsal edib. Məhsul 2016-cı ilin may ayından satışa çıxarılıb. Məhdud seriyada “Xırdalan” brendi nəinki gümrahlıq verərək əhval ruhiyyəni qaldıracaq, eləcə də futbol fanatlarını futbol aləmindən maraqlı faktlarla sevindirəcək. Bu seriyadan butulkalar altı müxtəlif etiket ilə buraxılıb. Onların üzərində çempionat tarixinin yaddaqalan hadisələri öz əksini tapıb.
İyun ayında “Xırdalan” istehlakçılarını 0.5 l həcmində dörd butulkadan ibarət 10% endirimli əlverişli mültipak ilə sevindirəcək.
“Xırdalan”ın brend meneceri Maksim Sliva:
“Dünya miqyaslı futbol hadisəsinin sponsoru olmaq bizim üçün şərəfdir, mən son dərəcə qürur duyuram ki, əməyimizin nəticəsi olan və bir aydan az müddətdir ki, satışa çıxarılan №1 “Xırdalan” brendi istehlakçılar arasında böyük rəğbətə səbəb olur. Eyni zamanda, bu sahədə marketinq fəaliyyətimiz də böyük rezonans ilə müşayiət olunur. “Baltika-Bakı” istehlakçılarının zövqlərini və üstünlükərini ön planda tutur və məhz bu səbəbdən biz istehlakçıların qarşısına 4 qablaşdırma formatı ilə çıxmışıq. Beləliklə, hər bir istehlakçıya “öz Xırdalanını” seçmək imkanı verilir”.
Məhdud sayda “Xırdalan” 4 formatlı qablaşmada buraxılıb: 0,5 l butulka, 0.5 l banka, 1.5. l PET və 2 l PET.
“Xırdalan” – seçilmiş buğda suyu, maya, mayaotu və sudan hazırlanmış açıq rəngli lagerdir.
Zəngin dadına, təkrarolunmaz ətrinə və dəyişməz qalan yüksək keyfiyyətinə görə “Xırdalan” pivəsi ölkədə bir nömrəli pivə brendi hesab edilməklə yanaşı müxtəlif qablaşdırmalarda istehsal edilir (şüşə butulka, plastik butulka, banka). Brendin pivə bazarında iştirak payı 30% təşkil edir. İçkinin alkoqol tərkibi 4.8% -dir.
“Baltika-Baku” pivə zavodu Xırdalan şəhərində Azərbaycanın paytaxtından 10 km məsafədə yerləşir. “Carslberg Group”un hissəsi olan “Baltika” şirkətinin zavodu 2008-ci ildə əldə edib, və 2009 ilin may ayında rekonstruksiyadan sonra istifadəyə verib. Zavodun istehsal gücü ildə 10 milyon dekalitr təşkil edir. Şirkətdə 250 işçi və 400 vasitəçi (distributor, agentlik, icraçı) çalışır. “Baltika-Bakı” şirkətinin dövlət büdcəsinə illik ödəmələri 20 milyon AZN, zavodun inkişafına ayırdığı ümumi investisiya isə 47 milyon AZN təşkil edir.
“Baltika-Bakı” məhsulları pivə sənayesi üzrə Azərbaycan bazarının 75 %-nı təşkil edir (2015-ci il). Şirkət “Xırdalan®”, “Tuborg®”, “Baltika 7®”, “Baltika 0®”, “Baltika 9®”, “Xırdalan Draft®”, “Kuler®”, “Əfsanə®”, “33 Export”, “Jiqulyovskoye Firmennoye®” kimi tanınmış brendləri istehsal edir.
“Carslberg Group” 1847-ci ildə təsis olunub və hazırda dünyada ən böyük pivə istehsalçılarından biridir. Şirkətin baş qərargahı Danimarkanın paytaxtı Kopenhagen şəhərində yerləşir. “Carslberg Group” dünyanın üç böyük regionu olan Qərbi Avropa, Şəqri Avropa və Asiyada onlarla ölkələrdə fəaliyyət göstərən zavodları ilə 150-dən artıq ölkədə təmsil olunur. Şirkətin portfelinə 140-dən artıq pivə markası daxildir. Qrupun ümumi əməkdaşlarının sayı 45000-dən artıqdır.
Futbol üzrə 2016 Avropa Çempionatı “Carslberg Group” şirkətinin dəstəyi ilə keçiriləcək 8-ci turnir olacaq.