Çavuşoğlu: " Putin və Rusiya Türkiyə kimi tərəfdaşı itirmək istəyib-istəmədikləri haqqında qərar verməlidir "
Rəsmi Ankara Türkiyə tərəfindən Su-24 təyyarəsinin vurulması ilə bağlı yaranan insidentdən sonra Moskva ilə münasibətlərin normallaşması üzrə birbaşa danışıqlar aparmır, lakin hesab edir ki, bu, zəruridir.
1news.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.
"Rusiya ilə hazırda birbaşa danışıqlar aparmırıq. Biz təkliflərimizi verdik, məlumat mübadiləsi aparılıb, tədbirlərdə təmaslar olur. Bizim istəmədiyimiz hadisə baş verib və iki dövlət bunun öhdəsindən gəlmək yollarını müzakirə etməlidir (RF Prezident Vladimir - red.). Putin və Rusiya Türkiyə kimi tərəfdaşı itirmək istəyib-istəmədikləri haqqında qərar verməlidir",- Çavuşoğlu TRT telekanalının efirində bildirib.
Onun sözlərinə görə, Rusiyada mövcud olan anti-türk əhval ruhiyyəsinin səbəbi KİV-də effektiv fəaliyyət göstərən "erməni lobbisidir".
M.Çavuşoğlu əlavə edib ki, Türkiyə rusiyalılar üçün ən gözəl istirahət yeridir.
1news.az