Neftin qiyməti artmaqda davam edir | 1news.az | Xəbərlər
İqtisadiyyat

Neftin qiyməti artmaqda davam edir

11:02 - 09 / 06 / 2016
Neftin qiyməti artmaqda davam edir

Dünya birjalarında neftin bahalaşması davam edir.

1news.az-ın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,57 faiz artaraq 51,52 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,38 faiz artaraq 52,71 dollar olub.

Neftin bahalaşmasına səbəb kimi Nigeriyada terrorçu qruplaşmalara görə neft hasilatının azalmasıdır. Eyni zamanda ABŞ-da neftin kommersiya ehtiyatlarının azalması ilə bağlı açıqlama da "qara qızılın" qiymətinin artmasına səbəb olub. Belə ki, Energetika Nazirliyinin açıqladığı statistikaya əsasən, ABŞ-da kommersiya neft ehtiyatları proqnozlaşdırıldığı kimi 2,5 mln. barrel deyil, 3,2 mln. barrel azalıb.

1news.az

 

Paylaş:
456

Son xəbərlər

Bütün xəbərlər