Neft bahalaşmaqda davam edir | 1news.az | Xəbərlər
İqtisadiyyat

Neft bahalaşmaqda davam edir

09:29 - 10 / 06 / 2016
Neft bahalaşmaqda davam edir

London və Nyu-York birjalarında aparılan hərracların nəticəsi göstərir ki, dünya birjalarında neftin qiyməti artmaqdadır.

1news.az Bloomberg-ə istinadla xəbər verir ki, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0.85% artaraq 51.51 dollar olub.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 0.89% artaraq 50.11 dollar təşkil edib.

1news.az

        

 

 

Paylaş:
1294

Son xəbərlər

Bütün xəbərlər