ABŞ-da gecə klubuna hücum nəticəsində 50 nəfər ölüb | 1news.az | Xəbərlər
Dünya

ABŞ-da gecə klubuna hücum nəticəsində 50 nəfər ölüb

19:00 - 12 / 06 / 2016
ABŞ-da gecə klubuna hücum nəticəsində 50 nəfər ölüb

ABŞ-ın Florida ştatının Orlando şəhərində yerləşən “Pulse” gecə klubunda törədilən terror aktı nəticəsində 50 nəfər ölüb, 53 nəfər yaralanıb.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Orlando meri Baddi Dayer açıqlayıb.

B. Dayer deyib ki, terror aktı nəticəsində  20 nəfər yox, 50 nəfər ölüb.

***

ABŞ-ın Florida ştatının Orlando şəhərində yerləşən “Pulse” gecə klubunda baş verən olayı Orlando polisi terror aktı adlandırıb.

APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, bunu bu gün Orlando şəhərinin polis rəisi Con Mina keçirdiyi mətbuat konfransında bildirib.

Gecə klubunda insanlar atəş açan şəxsin üzərində bir avtomat və bir tapança olub. Atışma zamanı bir polis əməkdaşı da yaralanıb.

Qeyd edək ki, “Pulse” gecə klubunda naməlum şəxsin açdığı atəş nəticəsində 20-ə yaxın insan ölüb, 42 nəfər yaralanıb. İnsanlara atəş açan şəxs polislə atışma zamanı öldürülüb. Bu gecə klubu qeyri-ənənəvi oriyentasiyaya malik insanların toplaşdığı məkan olub. 

***

ABŞ-ın Florida ştatının Orlando şəhərində yerləşən “Pulse” gecə klubunda naməlum şəxsin açdığı atəş nəticəsində 20-ə yaxın insan ölüb.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bunu bu gün keçirdiyi mətbuat konfransında Orlando şəhərinin polis rəisi Con Mina bildirib.

C. Mina 42 yaralının xəstəxanaya yerləşdirildiyini, 20 nəfərə yaxın insanın isə öldüyünü nəzərə çatdırıb.

Qeyd edək ki, gecə klubunda insanlara atəş açan şəxs polisin açdığı atəş nəticəsində öldürülüb. Bu gecə klubu qeyri-ənənəvi oriyentasiyaya malik insanların toplaşdığı məkan olub. 

****

ABŞ-ın Florida ştatının Orlando şəhərində yerləşən “Pulse” gecə klubunda insanlara atəş açan və onları girov götürən şəxs öldürülüb.

APA-nın məlumatına görə, bu barədə Orlando şəhər polisinin “Twitter” sosial şəbəkəsindəki səhifəsində məlumat yerləşdirilib.

Həmin şəxsin öldürülməsi ilə bağlı təfərrüat verilməyib. WFTV telekanalı isə 40 nəfərin xəstəxanaya yerləşdirildiyi barədə məlumat yayıb. 

***

Naməlum şəxs ABŞ-ın Florida ştatının Orlando şəhərində yerləşən “Pulse" gecə klubunda atəş açıb, gecə klubundakı insanları girov götürüb.

APA-nın “Sky News” telekanalına istinadən verdiyi məlumata görə, hadisə yerinə polis bölmələri göndərilib.

Şahidlər ən azı 25 nəfəri yaralandığını bildiriblər. Artıq xilasedicilər hücum edən şəxsdə qumbara olması ehtimalı ilə əlaqədar Orlando şəhərinə yola düşüblər. 

Paylaş:
1022

Son xəbərlər

Bakıda 76 min manatı dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanılıbBu gün, 11:11DİN: Ötən gün 32 cinayətin üstü açılıbBu gün, 10:42Gəncə şəhərininin ikinci dəfə raket hücumuna məruz qalmasından dörd il ötürBu gün, 10:29Bu gün Beynəlxalq Müəllimlər GünüdürBu gün, 10:17Zərdabda narkokuryer saxlanılıbBu gün, 10:08Azərbaycan boksçuları Qazaxıstanda iki qızıl medal qazanıblar04 / 10 / 2024, 17:52Cəbrayılda ilk “Şəhər günü” keçirilib - FOTO04 / 10 / 2024, 17:43Avtomobildən bayıra tullantı atılmasına görə 200 manatdan 4000 manatadək cərimə tətbiq olunacaq04 / 10 / 2024, 17:39Baş nazir Əli Əsədov Minskdə Azərbaycan Ticarət Evində olub04 / 10 / 2024, 17:27Məişət tullantılarının kənar yerlərə atılmasına görə yüksək məbləğdə cərimə tətbiq olunacaq04 / 10 / 2024, 17:10Sentyabrda hava iqlim normasından 2 dərəcə yüksək olub04 / 10 / 2024, 16:47Qaradağda yaşayış binasında yanğın olub, 2 nəfər təxliyə edilib04 / 10 / 2024, 16:42Valideyn himayəsindən məhrum olmuş uşaqlara 6000 manat birdəfəlik müavinət veriləcək04 / 10 / 2024, 16:26ADY rəqəmsal həllərlə saatlarla davam edən yük əməliyyatlarının müddətini 20 dəqiqəyə endirib04 / 10 / 2024, 15:51ASCO “Art Plast” layihəsini təqdim edib - FOTO04 / 10 / 2024, 15:43Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal qazanıb04 / 10 / 2024, 15:34Kapital Bank-dan kredit götürən müştərilər həyat sığortası əldə edə biləcəklər04 / 10 / 2024, 15:33“Azərbaycanın daha böyük coğrafiyada önəmli ölkəyə çevrilməsi prosesi bundan sonra da uğurla gedəcək”04 / 10 / 2024, 15:01YARDIMA ÇAĞIRIŞ: 16 yaşlı Əjdər kəskin limfoblast leykozdan əziyyət çəkir - FOTO04 / 10 / 2024, 14:58İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - FOTO - YENİLƏNİB 204 / 10 / 2024, 14:52
Bütün xəbərlər