Dollar bahalaşmaqda davam edir | 1news.az | Xəbərlər
İqtisadiyyat

Dollar bahalaşmaqda davam edir

17:26 - 14 / 06 / 2016
Dollar bahalaşmaqda davam edir

Azərbaycan Mərkəzi Bankı (AMB) iyunun 16-na valyuta məzənnələrini açıqlayıb.

1news.az-ın AMB-yə istinadla verdiyi xəbərə görə, iyunun 16-da manatın dollara qarşı rəsmi məzənnəsi 1,5150 manat təşkil edir.

Qeyd edək ki, bu gün də rəsmi məzənnə 1, 5120 AZN/USD səviyyəsində təyin olunmuşdu.

Beləliklə, dollar manata qarşı bahalaşmaqda davam edir.

1news.az

 

 

Paylaş:
356

Son xəbərlər

Bütün xəbərlər