Sabirabadda sakininin həyətində 130 ədəd çətənə kolu aşkarlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Sabirabadda sakininin həyətində 130 ədəd çətənə kolu aşkarlanıb

00:42 - 15 / 06 / 2016
Sabirabadda sakininin həyətində 130 ədəd çətənə kolu aşkarlanıb

Sabirabadda 29 yaşlı gənc narkotik tərkibli çətənə kolları becərdiyinə görə saxlanılıb.

1news.az xəbər verir ki, Sabirabad polis şöbəsinin Qaragüney polis bölməsinin rəisi Aqil Əliyevin verdiyi məlumata görə, keçirdikləri “Xaş-Xaş 2016” əməliyyat tədbirləri planına uyğun Surxayoba kənd sakini, 1987-ci il təvəllüdlü Həşimov Şirxan İlham oğlunun yaşadığı evin həyətyanı sahəsindən  130 ədəd narkotik tərkibli çətənə kolları aşkar edib. Aqrotexniki ekspertizanın rəyinə görə, çətənə kolları aqrotexniki qaydada qulluq edilməklə becərilib.

Ş.Həşimov polis tərəfindən saxlanılıb.

Faktla bağlı Sabirabad rayon Polis şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

1news.az

Paylaş:
1284

Son xəbərlər

Bütün xəbərlər