Vahid Ələkbərov: “Gələn il neftin qiyməti 60-70 dollar/barel olacaq”
2017-ci ildən sonra dünya bazarında xam neftin qiymətinin 60-70 dollar/barel həddində olacağı gözlənilir.
1news.az "RİA-Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, bunu "LUKoil" şirkətinin rəhbəri Vahid Ələkbərov bildirib.
BP-nin baş icraçı direktoru Robert Dadli isə deyib ki, bu ilin sonuna kimi neftin qiyməti 50 dollar/bareldən yüksək ola bilər.
Qeyd edək ki, bu gün birjalarda WTI markalı xam neftin qiyməti 47,10 dollar/barel, "Brent"in qiyməti isə 48,07 dollar/barelə kimi geriləyib.
TASS agentliyinin yazdığına görə, V.Ələkbərov bildirib ki, neftin qiymətinin rekord həddə ucuzlaşması dövrü artıq keçib və neft hasilatının müəyyən həcmdə dondurulması ilə bağlı danışıqların davam etdirilməsinə ehtiyac yoxdur: "Düşünürəm ki, kritik dövr keçib və neftin qiyməti daha 30 dollardan aşağı düşməyəcək".
1news.az