Dünya birjalarında neft ucuzlaşmaqda davam edir | 1news.az | Xəbərlər
İqtisadiyyat

Dünya birjalarında neft ucuzlaşmaqda davam edir

10:58 - 16 / 06 / 2016
Dünya birjalarında neft ucuzlaşmaqda davam edir

London və Nyu-York birjalarında aparılan hərracların nəticəsi göstərir ki, dünya birjalarında neftin qiyməti azalmaqdadır.

1news.az Bloomberg-ə istinadla xəbər verir ki, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0.82% azalaraq 48.57 dollar olub.       

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 0.96% azalaraq 47.55 dollar təşkil edib.

1news.az

        

 

 

 

 

Paylaş:
852

Son xəbərlər

Bütün xəbərlər