Çində Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun inkişaf perspektivləri müzakirə olunub - FOTO
Çin Xalq Respublikasının Şanxay şəhərində Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun inkişaf perspektivləri ilə bağlı dəyirmi masa keçirilib.
1news.az-a “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədovun verdiyi xəbərə görə, tədbiri giriş sözü ilə Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu Müşahidə Şurasının sədri, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədr müavini İqbal Hüseynov açıb:
“3 avqust 2015-ci ildə bu marşrut üzrə Azərbaycan, Qazaxıstan, Gürcüstan, Türkiyə və Çin Xalq respublikaları arasında konteyner daşımalarına start verilib, sonra Ukrayna Respublikası da bu marşruta qoşulub. Konteyner daşımalarının daha da inkişaf etdirililməsi Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutuna yüklərin cəlb olunması istiqamətində mühüm rol oynayayır”.
Sonra dəyirmi masada Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun və “Nomad Ekspress” nəqliyyat-logistika xidmətinin inkişaf perspektivləri, Çindən və əks istiqamətə yük daşımanın coğrafiyasının genişləndirilməsi, marşrutun cəlbediciliyi – yeni multimodal qərarlar, Avropa ilə Asiya arasında yük daşımalarının artırılması üçün yeni imkanlar mövzularında müzakirələr aparılıb.
Tədbir çərçıvəsində Qazaxıstan, İran, Rusiya və Ukrayna dəmir yollarının, Almaniyanın logistik sirkəti olan DHL-in rəhbər işçiləri ilə ikitərəfli görüşlər də keçirilib.
S.X