Ermənistan XİN: Sankt-Peterburqda Qarabağla bağlı keçirilən görüş uğurlu olub
Ermənistanın xarici işlər naziri Edvard Nalbəndyan Sankt-Peterburqda Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin görüşünü müsbət qiymətləndirib.
“Bugünkü görüş olduqca faydalı oldu və müəyyən ehtiyatla qeyd edə bilərəm ki, konstruktiv atmosferdə keçirildi” - , deyə E.Nalbəndyan bildirib.
O, həmçinin görüşlərin yalnız prezident səviyyəsində deyil, həm də XİN rəhbərləri səviyyəsində davam etdiriləcəyini vurğulayıb:
“Bütün proseslər ATƏT-in Minsk qrupu formatında həyata keçiriləcək”.
RİA Novosti
719