Dünyada qaçqınların sayı rekord həddə çatıb | 1news.az | Xəbərlər
Dünya

Dünyada qaçqınların sayı rekord həddə çatıb

09:53 - 21 / 06 / 2016
Dünyada qaçqınların sayı rekord həddə çatıb

Dünyada qaçqınların sayı sürətlə artmaqda davam edir.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, 2015-ci ildə dünyada qaçqın, məcburi köçkün və sığınacaq axtaran insanların sayı 65,3 milyon nəfər olub.

Hələ 2011-ci ildə BMT dünyadakı qaçqınların sayının 42,5 milyona çatdığını elan etmişdi. Cəmi beş il keçməsinə baxmayaraq bu kədərli rekordu daha böyük rəqəmlə yeniləmək lazım gəlib. Hesabatda bildirilir ki, planetimizdə hər 113-cü insan qaçqınlıq həyatı yaşamağa məcburdur və cəmi bir il ərzində qaçqınların sayı 12,4 milyon çoxalıb. Yeni qaçqın kütləsinin yarıdan çoxu cəmi üç ölkənin payına düşür: Suriya (4,9 milyon nəfər), Əfqanıstan (2,7 milyon nəfər) və Somali (1,1 milyon nəfər).

Türkiyə artıq ikinci ildir ki, ən çox qaçqın qəbul edən ölkələr siyahısında ilk yerdə durur. Bu ölkəyə pənah gətirən qaçqınların sayı 2,5 milyondan artıqdır.

Ekspertlərin rəyincə, “soyuq müharibə” dövründən qalmış və həllini gözləyən münaqişələr, eləcə də son illərdə alovlanan yeni münaqişə ocaqları və vətəndaş müharibələri qaçqınların sayının sürətlə artmasının əsas səbəbləridir.

1news.az

 

Paylaş:
515

Son xəbərlər

Xalq Bank 20 il

08 / 01 / 2025, 16:42
Bütün xəbərlər