Bakının rayonunun və Bərdənin qaz təchizatında məhdudiyyətlər ola bilər | 1news.az | Xəbərlər
İqtisadiyyat

Bakının rayonunun və Bərdənin qaz təchizatında məhdudiyyətlər ola bilər

19:50 - 22 / 06 / 2016
Bakının rayonunun və Bərdənin qaz təchizatında məhdudiyyətlər ola bilər

Sabah Abşeron və Ağdam magistral qaz kəmərləri sahələrində cari təmir işləri aparılacaq.

1news.az-ın məlumatına görə, iyunun 23-də saat 10:00-dan 18:00-a qədər “Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Türkan-2”, saat 10:00-dan 14:00-dək isə Ağdam magistral qaz kəmərləri sahəsinin “Bərdə” qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

Təmir müddətində aparılan işlərin Bakı şəhəri Xəzər rayonunun Türkan-2 qəsəbəsinin və Bərdə şəhərinin bir hissəsinin qaz təchizatına təsir göstərməsi mümkündür.

1news.az

 

Paylaş:
536

Son xəbərlər

Bütün xəbərlər