Rusiyada əsgər “Warcraft” filminə baxmaq üçün fərarilik edib | 1news.az | Xəbərlər
Dünya

Rusiyada əsgər “Warcraft” filminə baxmaq üçün fərarilik edib

12:12 - 22 / 06 / 2016
Rusiyada əsgər “Warcraft” filminə baxmaq üçün fərarilik edib

Rusiyanın Leninqrad vilayətində hərbi hissədən qaçan əsgər bunu “Warcraft” filminə baxmaq üçün edib.

1news.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata əsasən, Tümendən olan 19 yaşlı çağırışçı əsgər rahat şəkildə Sankt-Peterburq şəhərinə çatıb.

Onu şəhərin ticarət mərkəzlərinin birində kinoteatra gedəndə yaxalayıblar.

Əsgər ələ düşməmək üçün şalvarını tərs geyinibmiş.

Hərbi vəzifəsini davam etdirmək üçün hissəyə gətirilən əsgəri inzibati cəza gözləyir.

1news.az

 

Paylaş:
1236

Son xəbərlər

Bütün xəbərlər