Bank of Baku-dan növbəti yay kampaniyası: “Bolkartla alınan tur paketlərə +2 ay HƏDİYYƏ!”
Bank of Baku-nun Bolkartlılara özəl start verdiyi yay silsilə kampaniyalarından daha birinin bu gündən etibarən icrasına başlanır.
“Bolkartla alınan tur paketlərə +2 ay hədiyyə” şüarı altında keçirilən kampaniya çərçivəsində Bolkart müştəriləri indi daha əlverişli şərtlərlə tur paket əldə edib, bu yay istirahətindən zövq ala biləcəklər.
Belə ki, Bolkart partnyor şəbəkəsinə daxil olan istənilən turizm şirkətindən alınan tur paketin ödənişinə +2 ay HƏDİYYƏ olunacaq. Bununla da, Bolkartlılar 3 və ya 6 ay ödənişli şirkətlərdən tur paket aldıqları halda, müvafiq olaraq 5 və ya 8 aya bölüb hissə-hissə ödəyə biləcəklər.
Kampaniya 31 avqust 2016-ci il tarixinədək əldə olunan bütün tur paketlərə şamil olunur.
Bolkart partnyor şəbəkəsinə daxil olan turizm şirkətləri haqqında məlumatla bu linkdən tanış ola bilərsiniz.
Daha ətraflı:
145 məlumat mərkəzi