Britaniyada keçirilən referendumla əlaqədar dünya bazarlarında neftin qiyməti 6% enib | 1news.az | Xəbərlər
İqtisadiyyat

Britaniyada keçirilən referendumla əlaqədar dünya bazarlarında neftin qiyməti 6% enib

09:34 - 24 / 06 / 2016
Britaniyada keçirilən referendumla əlaqədar dünya bazarlarında neftin qiyməti 6% enib

Dünya bazarlarında neftin qiyməti Böyük Britaniyada keçirilən Avropa İttifaqından çıxma ilə bağlı səsvermədən sonra düşməyə davam edir.

1news.az-ın RİA Novosti-yə istinadən verdiyi məlumata əsasən, bu səhər Brent markalı Şimal dənizi neft qatqısına avqust fyuçerslərinin qiyməti 6,52% enərək 1 barrelə görə $47,58, WTI markalı neftə avqust fyuçerslərinin qiyməti isə 6,69% enərək 1 barrelə görə $46,75 təşkil edib.

Xatırladaq ki, dünən Böyük Britaniyada keçirilən referendumda səs verənlərin 52%-i ölkəsinin Avropa İttifaqından çıxmasına səs veriblər.

1news.az

 

Paylaş:
484

Son xəbərlər

Bütün xəbərlər