Türkiyədə baş verən terakt nəticəsində 2 nəfər şəhid olub, 10 nəfər yaralanıb
Türkiyənin cənub-şərqində yerləşən Mardin vilayətində terakt həyata keçirilib.
1news.az-ın Türkiyə KİV-lərinə istinadən veridiyi məlumata əsasən, terrorçu avtomobili yerli jandarmeriyanın önünə sürüb, onu tərk edib aralaşdıqdan sonra isə partlayıcı qurğunu işə salıb.
Məlumata əsasən, partlayış zamanı hadisə yerindən keçən yük maşınının sürücüsü ölümcül xəsarət alıb.
Bundan əlavə, daha 1 nəfərin həyatını itirdiyi və polis əməkdaşları və hərbçilər də daxil olmaqla 10 nəfərin xəsarət aldığı bildirilr.
Teraktın terrorçu PKK təşkilatının həyata keçirdiyi ehtimal olunur.
1news.az
566