Bakının bir hissəsində içməli suyun verilməsində məhdudiyyətlər olacaq
Bu gün yeni çəkilmiş magistral su xətlərinin mövcud sistemlərə qoşulması ilə əlaqədar paytaxtın bir hissəsində içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
1news.az xəbər verir ki, bu barədə “Azərsu ” ASC-dən məlumat veriblər.
Məlumata görə, Bakı şəhəri Nizami rayonu ərazisində yeni çəkilmiş magistral su xətlərinin mövcud sistemlərə qoşulması ilə əlaqədar 24 iyun 2016-cı il tarixində gün ərzində Qara Qarayev və Babək prospektlərində, həmçinin E.Süleymanov, İ.Məmmədov, M.Şərifli, T.Abbasov, C.Naxçıvanski, R.Teymurov, B.Nuriyev küçələrində bəzi ünvanlara içməli suyun verilməsində məhdudiyyətlər olacaqdır.
Yaranacaq narahatlıqla əlaqədar “Azərsu ” ASC abonentlərdən üzr istəyir.
1news.az
347