Günəşə ən yaxın olan planet aşkar edilib
Beynəlxalq astronomlar qrupu yeni nəhəng K2-39b ekzoplaneti aşkarladıqlarını bəyan edib.
1news.az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata əsasən, planet öz günəşinə elə yaxın məsafədə yerləşib ki, günəşin qabarma dalğalarının təsiri nəticəsində məhv olmalı idi.
Planet “Kepler” K2 teleskopunun missiyasının gedişatı zamanı aşkarlanıb.
Alınan nəticələrə əsasən, K2-39b Yerdən 50 dəfə ağır və 8 dəfə böyükdür.
Ən maraqlısı isə, planetdə 1 ilin yalnız 4,6 gün təşkil etməsidir. Bu o deməkdir ki, ekzoplanet öz günəşinə çox yaxındır, lakin bununla birgə dağıdıcı qabarma dalğalarının təsiri altındadır.
Belə planetlər nadir hallarda aşkar olunur və onların var olma müddətdi çox məhduddur.
Alimlər ekzoplanetin nə qədər mövcud olacağı barədə hesablamalar aparıblar.
Nəticəyə əsasən, əgər K2-39b indiki orbitində qalsa, daha 150 milyon il mövcud ola biləcək.
1news.az