“Brexit” dünya birjalarında nefti ucuzlaşdırmaqda davam edir | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Brexit” dünya birjalarında nefti ucuzlaşdırmaqda davam edir

10:49 - 27 / 06 / 2016
“Brexit” dünya birjalarında nefti ucuzlaşdırmaqda davam edir

London və Nyu-York birjalarında aparılan hərracların nəticəsi göstərir ki, dünya birjalarında neftin qiyməti azalmaqdadır.

1news.az Bloomberg-ə istinadla xəbər verir ki, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,31% azalaraq 48,89 dollar olub.       

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 0,55% azalaraq 47,38 dollar təşkil edib.

Qeyd edək ki, iyunun 23-də britaniyalılar Avropa İttifaqından (Aİ) çıxmaq üçün referendum keçirib. Onların bu qərarı bir çox investor və analitiklər üçün gözlənilməz oldu. Belə ki, sosial sorğuların böyük əksəriyyətinə görə, Böyük Britaniyanın Aİ-nin tərkibində qalmasının tərəfdarı olduğu bildirilmişdi.

1news.az

Paylaş:
652

Son xəbərlər

Bütün xəbərlər