Türkiyə Rusiyaya məxsus təyyarəni vurduğuna görə təzminat ödəməyə hazırdır | 1news.az | Xəbərlər
Dünya

Türkiyə Rusiyaya məxsus təyyarəni vurduğuna görə təzminat ödəməyə hazırdır

09:47 - 28 / 06 / 2016
Türkiyə Rusiyaya məxsus təyyarəni vurduğuna görə təzminat ödəməyə hazırdır

Türkiyə Rusiyaya məxsus Su-24 təyyarəsini vurduğuna görə təzminat ödəməyə hazırdır.

1news.az-ın TRThaber-ə istinadla verdiyi xəbərə görə, bunu Türkiyənin Baş naziri Binəli Yıldırım deyib.

“Məktubda biz öz təəssüfümüzü bildirdik və lazım gələrsə təzminat ödəməyə hazırıq dedik. Normallaşma prosesi faktiki olaraq başladı”, - deyə Binəli Yıldırım bildirdi.

Qeyd edək ki, ötən il noyabrın 24-dən sonra Rusiya və Türkiyə arasında münasibətlər gərginləşib. Türkiyə Hərbi Hava Qüvvələri Suriya ilə sərhədə Rusiyanın Su-24 qırıcısını vurub. Türkiyə tərəfi bunu hava məkanının pozulduğuna görə etdiyini bəyan etsə də, Rusiya həmin iddiaları rədd edərək hadisəni "arxadan vurulan zərbə" adlandırıb.

1news.az

Paylaş:
681

Son xəbərlər

Bütün xəbərlər