Türkiyədə matəm elan olundu
Türkiyədə Atatürk Hava Limanının Xarici xətlər terminalında baş verən terror aktı ilə əlaqədar birgünlük matəm elan olunub.
1news.az-ın TRT haber-ə istinadla verdiyi xəbərə görə, bu haqda Türkiyəni Baş Nazirliyinin yaydığı məlumatda qeyd olunur.
Məlumatda qeyd olunur ki, Türkiyədə və xarici ölkələrdəki nümayəndəliklərdə türk bayrağı yarıya qədər endiriləcək.
Xatırladaq ki, iyunun 28-də İstanbulun Atatürk Hava Limanının xarici xətlər terminalında baş verən terror aktı nəticəsində 41 nəfər həlak olub, 239 nəfər müxtəlif dərəcəli xəsarət alıb.
İlkin ehtimala görə, hadisəni PKK terror qruplaşması həyata keçirib.
Mövzu ilə əlaqədar oxuyun:
Azərbaycan XİN-i İstanbulda baş verən terror aktlarını lənətləyir
İstanbulda həyata keçirilən teraktın qurbanlarının sayı artıb – FOTO - VİDEO - YENİLƏNİB
1news.az