Moskva rusiyalı turistlərin Türkiyəyə səfər etməsinə qoyulan məhdudiyyətləri qaldıracaq
Prezident Vladimir Putin Rusiya hökümətinə Türkiyənin müvafiq qurumları ilə danışıqlara girərək iqtisadi-ticari və digər sahələrdə qarşılıqlı faydalı ikitərəfli əməkdaşlığı bərpa etmək barədə tapşırıq verdib.
1news.az-ın verdiyi xəbərə əsasən, bu haqda Rusiya prezidentinin rəsmi saytında Türkiyə və Rusiya prezidentlərinin telefon danışığı barədə yerləşdirilən məlumatda deyilir.
Məlumata əsasən, bunun, rusiyalı turistlərin Türkiyəyə səfər etməsinə qoyulan məhdudiyyətlərin qaldırılması ilə bağlı olduğu vurğulanır.
“Yaxşı olardı ki, Türkiyə höküməti də öz növbəsində turistlərin Türkiyə ərazisində olarkən təhlükəsizliyini təmin etməyə yönələn əlavə addımlar atsın.
İki ölkənin XİN rəhbərlərinin iyulun 1-i Soçidə keçiriləcək Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının toplantısını çərçivəsində görüş keçirəcəkləri barədə razılıq əldə olunub. Bu görüşdə bölgədə vəziyyət, Suriya məsələsi və iki ölkə arasında əlaqələrin inkişafı ilə bağlı məsələlər müzakirə olunacaq”, - deyə, məlumatda qeyd olunur.
1news.az