Ermənistan parlamenti Rusiya ilə birgə vahid HM sistemi barədə razılığı ratifikasiya edib | 1news.az | Xəbərlər
Ermənistan

Ermənistan parlamenti Rusiya ilə birgə vahid HM sistemi barədə razılığı ratifikasiya edib

13:53 - 30 / 06 / 2016
Ermənistan parlamenti  Rusiya ilə birgə vahid HM sistemi barədə razılığı ratifikasiya edib

Ermənistan parlamenti Rusiya ilə birgə vahid Hava müdafiə (HM) sisteminin yaradılması haqda razılaşmanı ratifikasiya edib.

1news.az-ın RİA Novosti-yə istinadən verdiyi məlumata əsasən, ratifikasiyanın lehinə - 102 deputat, əleyhinə isə 8 deputat səs verib.

Ermənistanın müdafiə nazirinin müavini Ara Nazaryanın sözlərinə əsasən, bu sənəd Qafqaz bölgəsində HM sisteminin təkmilləşdirilməsinə imkan yaradacaq.

Onun sözlərinə görə, vahid sistemin hərəkətlərini Rusiyanın Hərbi Kosmik Güclərinin rəhbərliyi əlaqələndirəcək, ümumi nəzarət isə Rusiyanın Cənub Hərbi Dairəsinin rəhbərliyinin əlində olacaq.

A.Nazaryan Ermənistanın öz HM-dən “zəruri saydığı hədd və hədəflərlə” bağlı istifadə etmək hüququna malik olacaq.

“Ratifikasiyadan sonra biz öz HM vasitələrimizi istifadə etməyə davam edəcəyik, lakin onlara həmdə Rusiya resursları əlavə ediləcək. Söhbət həm uçan obyektlərdən, qırıcılardan, həm də zərbə vasitələrindən gedir. Bu hüquq, öncə əlimizdə olan operativlik səviyyəsini yüksəldəcək”, - deyə, A.Nazaryan əlavə edib.

Deputatların suallarını cavablandıran Nazaryan, razılaşmanın erməni HM sisteminin inkişafına heç bir məhdudiyyət qoymayacağını bildirib.

Xatırladaq ki, vahid HM sistemi haqda razılaşma 2015-ci ilin dekabrında Rusiya və Ermənistanın müdafiə nazirləri Sergey Şoyqu və Seyran Ohanyan tərəfindən imzalanıb.

Sənəd 5 il üçün nəzərdə tutulub və hər 5 ildən bir uzadıla bilər.

1news.az

 

Paylaş:
814

Son xəbərlər

Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcəkBu gün, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşübBu gün, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilirBu gün, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırırBu gün, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56
Bütün xəbərlər