Bank of Baku-dan “VIP müştərilərə VIP təklif”! | 1news.az | Xəbərlər
İqtisadiyyat

Bank of Baku-dan “VIP müştərilərə VIP təklif”!

15:10 - 30 / 06 / 2016
Bank of Baku-dan “VIP müştərilərə VIP təklif”!

Bank of Baku xaricə səfər etməyi planlaşdıran VIP müştərilər üçün xüsusi təkliflərlə dolu silsilə kampaniyalarından daha birinə start verir.

30 iyun – 8 iyul 2016-cı il tarixlərini əhatə edən kampaniya çərçivəsində müştərilər Banka uçuş biletini və ya turizm şirkətlərindən əldə etdikləri səyahət paketini təsdiq edən sənədi təqdim etməklə Bolkart Gold kredit və ya debet kartını PULSUZ, Bolkart Diamond kredit və ya debet kartını isə 50% endirimlə əldə edə biləcəklər. Bu müddət ərzində uçuş tarixindən asılı olmayaraq hər bir şəxs kampaniyadan faydalanmaq üçün Banka müraciət edə bilər.

Bolkart Kredit kartları üzrə kampaniya çərçivəsində müştərilər aşağıdakı şərtlərlə kampaniyadan faydalana bilərlər:

- İllik xidmət haqqı 40 AZN olan Bolkart Gold kredit kartını bütün illər üzrə xidmət haqqından azad olunmaqla tam PULSUZ əldə edəcəklər;

- 150 AZN dəyərində olan Bolkart Diamond kredit kartını 50% endirimlə ala biləcəklər. Üstəlik, Bolkart Diamond sifariş edən hər bir şəxsə hədiyyə olaraq Priority Pass kartı pulsuz olaraq təqdim olunur.

VIP kateqoriyalı hər iki kredit kartın rəsmiləşdirilməsi üçün müştərilərdən şəxsiyyət vəsiqəsi və iş yerindən arayışın təqdim etmələri tələb olunur.

Şəxsi vəsaitdən istifadə üçün nəzərdə tutulan Bolkart Gold və Bolkart Diamond debet kartlarını isə Bankın istənilən filialına müraciət edən hər bir şəxs əldə edə bilər. Uçuş biletini təqdim etməklə müştərilər 50 AZN dəyərində olan Bolkart Gold debet kartını pulsuz, 150 AZN dəyərində olan Bolkart Diamond kartını isə 50% endirimlə sadəcə 75 AZN ödəməklə əldə edə biləcəklər. Bolkart Diamond debet kartını əldə edənlərə də Bank of Baku-dan Priority Pass kartı HƏDİYYƏ olunacaq.

Qeyd edək ki, Bolkart debet kartlarının indi təkcə AZN valyutasında deyil, eyni zamanda USD və EUR valyutalarında da rəsmiləşdirilməsi mümkündür.

Bolkart kredit və debet kartları haqqında daha ətraflı məlumatla http://www.bolkart.az/ internet ünvanından tanış ola bilərsiniz.

Daha ətraflı:

145 məlumat mərkəzi

www.bankofbaku.com

www.facebook.com/bankofbaku

Paylaş:
653

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ27 / 11 / 2024, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEO27 / 11 / 2024, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEO27 / 11 / 2024, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb27 / 11 / 2024, 14:16
Bütün xəbərlər