İstanbul aeroportunda partlayış törədən kamikadzelərin şəxsiyyəti məlum oldu | 1news.az | Xəbərlər
Dünya

İstanbul aeroportunda partlayış törədən kamikadzelərin şəxsiyyəti məlum oldu

17:12 - 30 / 06 / 2016
İstanbul aeroportunda partlayış törədən kamikadzelərin şəxsiyyəti məlum oldu

İstanbulun Atatürk Hava Limanında terror aktını Rusiya, Özbəkistan və Qırğızıstan vətəndaşları törədib.

1news.az-ın verdiyi xəbərə görə, bu haqda Anadolu agentliyi məlumat yayıb.

“Terrorçulardan biri Rusiya vətəndaşı – dağıstanlı, digəri qırğız, üçüncüsü isə özbək idi”, - agentlik prokurorluqdakı mənbəyə istinadla yazır.

Daha əvvəl Milliyet xəbər vermişdi ki, kamikazdelər Tacikistan vətəndaşlarıdır. Digər KİV isə terrorçuların çeçen olduğunu iddia etmişdi.

Həmçinin Türkiyənin DİN rəhbəri Əfqan Əli bu gün bəyan edib ki, terrorçulardan yalnız birinin şəxsiyyəti müəyyən olunub.

Onun sözlərinə görə, terror hadisəsi ilə bağlı 13 nəfər, eləcə də 4 əcnəbi saxlanılıb:

“Terror hadisəsində 3 nəfər kamikazdeni saymasaq 43 nəfər həlak olub. Bunlardan 19 nəfəri əcnəbilərdir. Eləcə də hazırda xəstəxanalarda 94 nəfər müalicə alır”.

Xatırladaq ki, iyunun 28-də İstanbulun Atatürk Hava Limanının xarici xətlər terminalında baş verən terror aktı nəticəsində 36 nəfər həlak olub, 147 nəfər müxtəlif dərəcəli xəsarət alıb.

Hava Limanının girişində və terminalın parklanmasında kamikadze odlu silahdan atəş açaraq partlayıcı qurğunu işə salıb. 

Həmçinin Türkiyənin Baş naziri Binəli Yıldırım hadisəni törətməkdə İŞİD terrorçu qruplaşmasının törətdiyini də bəyan etmişdi.

1news.az

 

Paylaş:
794

Sizin üçün xəbərlər

Son xəbərlər

Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcəkBu gün, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşübBu gün, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilirBu gün, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırırBu gün, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56
Bütün xəbərlər