Erməni analitik: Papa Fransiskin səfəri Ermənistan hakimiyyəti və ruhaniliyinə bir “şapalaqdır”
Roma Papasının səfərində siyasi kontekst axtarmaq lazım deyil.
1news.az-ın erməni KİV-lərinə istinadən verdiyi məlumata görə, bu haqda yerli analitik-mütəxəssis Sarqis Atspanyan deyib.
Onun fikrincə, bu səfər, erməni ruhaniliyin hərəkətlərindən yaranan boşluğu doldurmaq məqsədi daşıyırdı.
“Bu səfəri, xalqdan uzaqlaşan və yalnız öz haqqında düşünən Ermənistanın hakimiyyəti və ruhaniliyinə vurulmuş bir “şapalaq” adlandırmaq olar”, - deyə, Atspanyan əlavə edib.
1news.az
661